Tural Gəncəliyev Xankəndiyə yaxınlaşdı - FOTO    

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev feysbuk hesabından  Xankəndinin lap yaxınlığından foto paylaşıb.

Sherg.az xəbər verir ki, şəkil izləyicilər tərəfindən böyük marağa səbəb olub. Hətta bəziləri millət vəkilini ehtiyatlı olmağa səsləyiblər.

Tural Gəncəliyev həmin adamlara qısaca cavab verib: "Narahat olmayın, hər şey nəzarətimizdədir". 

Başqa bir feysbuk izləyicisi isə arzularını dilə gətirib: "Biz sizdən uzaqdan Xankəndiyə baxan fotonuzu yox, Xankəndidə açdığınız ofisin xəbərini gözləyirik!".


Turan