“Qarabağda anti-terror əməliyyatları qaçılmazdır”

“Məqsəd Azərbaycana təzyiq etməkdir. Amma Rusiya bununla öz sülhməramlı fəaliyyətinə zərbə vurur”. 
 Bu sözləri Ağdamda atəşkəsin pozulması barədə “Sherg.az”a danışan MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 
Politoloqun fikrincə, anti-terror əməliyyatları qaçılmazdır: 
“Qazanan Azərbaycan olacaq.  Nə qədər erməni silahlı birləşmələri Qarabağda var, vəziyyət böhranlı olaraq qalacaq. Burada Ermənistanın heç bir fəaliyyəti yoxdur. Əsas tərəf Rusiyadır. Azərbaycan konkret olaraq, bu qanunsuz hərbi birləşmələrinin ləğvini tələb etməlidir. Rusiya Şuşa Bəyannaməsindən  sonra Qarabağda bu kimi silahlı təxribatları davam etdirəcək.

Dediyim kimi, ərazidə erməni silahlı birləşmələri qaldıqca orada sülh və təhlükəsizliyin təmini mümkün olmayacaq. Azərbaycanın bir yolu var: silahlı erməni birləşmələrinin tərksilah etmək.
Qarabağda qanunsuz silahlı separatizmlə üzləşmişik. Artıq bunların boğulması labüddür”.