Sensasiya:“Ermənistanda “İskəndər - M ” var” – Rusiya yalan danışır!

Üstündən xeyli müddət keçməsinə rəğmən, “İskəndər- M” məsələsi ilə bağlı müəmma hələ gün üzünə çıxmayıb. Əslində hər kəs, elə biz özümüz də bilirik ki, vəziyyət nə yerdədir. Düşmənin axirətədək dəvəquşu kimi başının qumun altında gizlətməsi mümkündür. Amma, necə deyərlər, kor-kor, gör-gör...
 Türkiyəli professor, beynəlxalq münasibətlər üzrə ekspert Yaşar Onay aysberqin görünməyən tərəflərini “Sherg.az”a izah etdi: 
“Əlbəttə, ruslar yalan deyirlər. Ümumiyyətlə, onlara güvənmək olmaz. Ermənistanın əlində “İskəndər -M” var. Və bu, kifayət qədər təhlükəlidir. O vaxt xüsusilə mülki yerlərin hədəf alınması düşmənin çirkin niyyətindən xəbər verir. Fikrimcə, bu vasitəsilə Moskvaya təsir etmək asan olmayacaq. Çünki onlar göz görə-görə “İskəndər-M” məsələsindən boyun qaçırırlar. Həmçinin beynəlxalq hüquq da Kremli maraqlandırmır. Onları düşündürən ancaq gücdür. Rusiya qarşısında əyilməyən, dik dayanan ölkəyə hörmət edir. Ermənistanı forpostu etməsi heç də təsadüfi deyil”.