Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə dair hesabat hazırlanıb

Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi (BMTM) "Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi" adlı hesabat hazırlayıb.

BMTM-dən APA-ya verilən məlumata görə, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır.

Ərdoğan: “Əhməd Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyədə də məşhur olan dahilərin məkanı olan Şuşa ayağa qalxır” - VİDEO
Əli Əsədov Fuat Oktaya “Kanal İstanbul”la bağlı təbrik məktubu ünvanlayıb
Sahibə Qafarova Macarıstanda rəsmi səfərdə olacaq
İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin talan edilməsi, həmçinin ərazidə qanunsuz arxeoloji qazıntıların aparılması araşdırılır.

Hesabatın ikinci hissəsində abidələrin “erməniləşdirilməsi” və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilir. Hesabatın bir qismi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb.

Sənəddə, həmçinin, Almaniyanın Bochum Universitetinin professoru Hans-Yoachim Heintze tərəfindən yazılmış "Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması" adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib.