Erməni təxribatları davam edərsə... – AKTUAL İZAH 

Bu gün səhər saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətindəki mövqelərimizi atəşə tutub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 
Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib. O, tibb müəssisəsinə təxliyə olunub.
Düşmən cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn “Sherg.az”a açıqlamasında Ermənistan silahlı qüvvələrinə adekvat cavab verməli olduğumuzu söyləyib:

“Erməniləri bu əməlinə görə onları daha böyük atəşlə susdurmalıyıq. Ümumiyyətlə, belə təxribatlar davam edərsə, bu, xüsusən əhalinin təhlükəsizliyinə təhdiddir. Ona görə də həmin ərazidə yaşayan vətəndaşlarımızı qorumaq üçün təhlükəsizlik zonasının yaradılması barədə düşünmək lazımdır”.