“İsgəndər-M” sirri: “Moskvanı bağışlamaq olmaz “ - Təhlükəli plan cızıb 

“Düşməni beynəlxalq məhkəmələrə vermək lazımdır”

“Rusiyanın məkrli planı barədə beynəlxalq aləmdə ciddi ictimai şüur yaradılmalıdır”


Müharibə dövründə Bakı, Mingəçevir və Şuşaya raket atılıb. Bu, cinayətdir”.
 Bu sözləri “İsgəndər-M” müəmması barədə “Sherg.az”a danışan politoloq Qabil Hüseynli dedi. Onun fikrincə, sözügedən məsələdə rəsmi Bakı qətiyyətli davranmalıdır:

 “Azərbaycana qarşı sözün əsl mənasında sui-qəsd hazırlanırdı, çox təhlükəli plan cızılmışdı. Paytaxt yerləbir ola bilərdi. Allah üzümüzə baxdı.  Odur ki, Moskvanı bağışlamaq olmaz.
Düşməni beynəlxalq məhkəmələrə vermək lazımdır.

Qoy, sui-qəsd cəhdinin təfərrüatları orada araşdırılsın. Rusiyanın məkrli planı barədə beynəlxalq aləmdə ciddi ictimai şüur yaradılmalıdır”.