Türkmənistanın yeni səfiri Şuşaya gedib

Türkmənistanın Azərbaycana yeni təyin olunan səfiri Qurbanməmmet Elyasov Şuşaya gedib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Twitter"də bildirib.
"Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Qurbanməmmet Elyasov Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərini edib. Səfir şəhərin tarixi yerləri ilə tanış olub, ona aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilib".

Türkmənistanlı diplomat həmçinin işğal dövründə Şuşanın tarixi-memarlıq abidlərinə vurulmuş ziyan barədə də məlumatlanıdırılıb.