Laçının girişindəki “Bedzor” yazılan löhvə söküldü - VİDEO

Laçının gişirində erməni dilində "Bedzor" yazılan löhvə sökülüb.

Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Laçın işğalda olduğu müddətdə ermənilər tərəfindən "Bedzor" adlandırılıb.

Xatırladaq, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.