Erməni təxribatı nəticəsində şəhid olan 19 yaşlı əsgərimiz dəfn edilib

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan 2004-cü il təvəllüdlü, əsgər İbrahim Şöhrət oğlu Həsənov da bu gün dəfn olunub.

Oxu.Az xəbər verir ki, şəhidimizin nəşi Bakının Suraxanı rayonun Bülbülə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid İbrahim Həsənov ailəli olub. Ondan geriyə bir azyaşlı övladı qalıb