Kürdəmirdə şəhid Nəzər Əzizov torpağa tapşırılıb

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri 31 yaşlı Əzizov Nəzər Ağacəlil oğlu dəfn edilib.

Oxu.Az xəbər verir ki, Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olan şəhid rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, N.Əzizov ailəlidir, iki övladı var. Onun oğlu sabah birinci sinfə gedəcək.