Nazir: “Bizim başlıca vəzifəmiz yaradıcı qurumlara müdaxilə etməməkdir”

“Azərbaycan öz tarixinin ən önəmli səhifələrindən birini yaşayır”.

APA xəbər verir ki, bunu "Azərbaycan mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda mədəniyyət naziri Anar Kərimov deyib.

O qeyd edib ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək mühüm vəzifələr var: "44 günlük müharibədən və zəfərdən sonra bizim qarşımızda mühüm vəzifələr durur: həmin əraziləri bərpa etmək. Eyni zamanda, biz həmin işğaldan azad olunmuş ərazilərə həm də özlərinə xas mədəniyyəti qaytarmalıyıq və qaytarırıq. Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə keçirilən silsilə tədbirlər də buna misaldır".