Cahit Bağçı yenidən Şuşaya səfər edib - FOTO/VİDEO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşaya gedib.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, özünün “Twitter” hesabında yazıb.
“… dəfə Şuşadayıq. Biz onun yenidən qurulmasının və inkişafının şahidi oluruq”, - deyən diplomat Şuşanın Türk Dövlətləri Təşkilatı çərçivəsində 2023-cü ildə Mədəniyyət Paytaxtı olması üçün şəhərdə hazırlıqlar getdiyini vurğulayıb.