Almaniya şirkətləri Qarabağın bərpası ilə bağlı təkliflər təqdim edib - FOTO

Almaniya şirkətləri Azərbaycana Qarabağın bərpası ilə bağlı təkliflər təqdim edib.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman “Twitter”də yazıb.
“Mən çox şadam ki, bu gün Azərbaycana öz təkliflərini, o cümlədən Qarabağın yenidən bərpası ilə bağlı təkliflərini təqdim edən səkkiz alman şirkətini qarşılaya bildim”, - o bildirib.