DİN-in hərbçisi minaya düşüb

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Daxili İşlər Nazirliyinin bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində xəsarət alıb.

Xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.