Füzulidə Qarabağ Regional Hidrometeorologiya Mərkəzi tikiləcək

Füzulidə Qarabağ Regional Hidrometeorologiya Mərkəzi tikiləcək.
Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2023-2024-cü illərdə Füzuli rayonunda Mərkəzin binasının yerinin müəyyən edilməsi və tikintisinin layihələndirilməsi tapşırılıb.