Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndiyə daxil olub

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar.
“Report” “Caliber”ə istinadən xəbər verir ki, bu, danışıqlar nəticəsində mümkün olub.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılması müzakirə olunacaq.
Vurğulamaq lazımdır ki, Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir.