Mina qurbanı: “Ən vacib istəyimiz mina terroruna son qoyulmasıdır"

“Ailə olaraq hamımızın aksiyada iştirak etməsində əsas məqsəd ekoloji terrora son verilməsi tələbini irəli sürməkdir. Ən vacib istəyimiz isə mina terroruna son qoyulmasıdır”.
Bunu “Report”un Şuşaya ezam olunan müxbirinə açıqlamasında Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçısı, mina qurbanı Elnur Salahov deyib.
O qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə 1 milyondan çox mina basdırılıb:
“Nə qədər günahsız insanlarımız minaya düşərək xəsarət alır və ya həlak olurlar. Bunu istəmirik”.