Zod qızıl mədənində işlər dayandırıldı, işçilər təxliyə edildi

Basarkeçər bölgəsində atışmanın baş verməsi səbəbindən Zod mədənində işlər müvəqqəti dayandırılıb, işçilər təxliyə edilib.
Bakupost.az xəbər verir ki, bu barədə yerli mediaya GeoPromining Gold şirkətindən məlumat verilib.
“Saat 17:15 radələrində atışma baş verib və şirkət əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə şaxtanın fəaliyyətini dayandırmağa və bütün şəxsi evakuasiya etməyə məcbur olub. Hazırda mədən işləmir" - məlumatda daha sonra deyilir.