Laçın-Xankəndi yolundan BQXK-nın maşın karvanı keçib 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn BQXK- nə məxsus 8 minik maşını Laçın istiqamətinə maneəsiz keçid edib.
Minik avtomobillərində erməni əsilli sakinlər olub.