"Bu il ərzində Xankəndi üzərində də de-yure nəzarəti bərpa edəcəyik"  - Ekspert

"May ayının 10 kimi Azərbaycan Laçın dəhlizində Ermənistanla sərhəddə Nəzarət Buraxılış məntəqəsi quracağını efirdən bir neçə dəfə səsləndirib və yazmışdım. Həmçinin bu il ərzində Xankəndi üzərində de-yure nəzarət bərpa ediləcək".
Sherg.az xəbər verir ki, bunu politoloq  Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirir ki, Prezident İlham Əliyev məhz Heydər Əliyevin yubiley ilində separatizmə son qoyaraq Zəngəzur dəhlizini açacaq:
"Qeyd edim ki, Laçın Dəhlizində Ermənistanla sərhəddə Nəzarət Buraxılış məntəqəsinin qurulması 100 ildən sonra Qarabağda erməni icması ilə Ermənistan arasında birbaşa əlaqə Azərbaycanın tam nəzarətinə keçdi. Bu böyük bir qələbədir və 44 günlük müharibənin məntiqi nəticəsidir".

Turan