Laçındakı sərhəd məntəqəsi içməli su ilə təmin edildi

Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib.
Bakupost.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən Həkəri çayının yatağında kaptaj qurğusu yaradılıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkilib və hidrofor nasosu quraşıdırılıb.
Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir.