Qubadlı rayonunun Balasoltanlı kəndi - FOTO

Qubadlı rayonunun Balasoltanlı kəndi Qarabağ silsiləsinin ətəyində, Həkəri çayının sol sahilində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 7-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Balasoltanlı kəndinin görüntülərini təqdim edir.