Avropa Komissiyası: COP29-da Azərbaycanın əldə etdiyi uğurların ardınca enerji keçidini sürətləndirmək istəyirik
13:20 04.04.2025
COP29
1514
"Daha çox müştəriyə qaz çatdırmaqla yanaşı, metan emissiyalarını azaltmaq üçün birlikdə çalışırıq".
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclasın və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclası çərçivəsində Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen bildirib.
"Ötən il COP29-da Azərbaycanın əldə etdiyi uğurların ardınca bu fürsəti dəyərləndirmək və enerji keçidini sürətləndirmək istəyirik. Bu, bərpa olunan enerji mənbələrinin üçqat artırılması və 2030-cu ilə qədər enerji səmərəliliyindəki qazancın ikiqat artırılması deməkdir. Eyni zamanda, enerji şəbəkələri, enerji saxlama paketləri və qlobal metan razılaşmalarının həyata keçirilməsi deməkdir. Bu fürsətdən istifadə edərək, ötən il ərzində metan emissiyalarına dair başladılan uğurlu işlərə görə, Azərbaycana təşəkkür etmək istəyirəm. Onun bu məsələdə liderliyi ələ alması ruhlandırıcıdır" - Dan Yorgensen qeyd edib.
O vurğulayıb ki, həm regional tərəfdaşlar, həm də Avropa İttifaqının biznes və investorları Azərbaycanın bərpa olunan enerji sektorunu inkişaf etdirməkdə maraq göstərir. Bu, regional əlaqələndirmə bazarı, institusional qurumlar və sənaye dəyər zənciri komandaları üçün böyük imkanlar yaradır.
"Bu kontekstdə, bu gün keçirilən plenar iclas çərçivəsində müvafiq nazirlərlə regionda yaşıl enerji dəhlizinin inkişafı məsələsini müzakirə etdik. Xüsusilə, bu gün səhər saatlarında Avropa İttifaqının külək enerjisi sənayesi nümayəndələri və Azərbaycan Bərpa Olunan Enerji Agentliyi ilə apardığımız müzakirə mənim üçün maraqlı oldu. Çünki Azərbaycan Xəzər dənizinin geniş külək enerjisi potensialını inkişaf etdirməyə çalışır" - Aİ-nin enerji məsələləri üzrə komissarı əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat