
İran generallarının gözünü qorxu örtüb - ŞƏRH
00:24 07.10.2025
Gündəm
537
Azərbaycan ərazisindəki camış fermalarında belə "İsrail casuslarını" görməsi adi hal alıb
İsraillə 12 günlük müharibə zamanı "bəzi qonşu ölkələrin" pilotsuz təyyarələri İran ərazisinə daxil olub. Bu iddia ilə İranın Sərhəd Polisinin komandiri, general Əhməd Əli Qudərzi deyib. O bildirib ki, "sionist rejim"in İranla apardığı 12 günlük müharibə zamanı bəzi ölkələrin pilotsuz təyyarələri və kvadrokopterləri İran ərazisinə girib: "Biz bu hadisələri sənədləşdirib müvafiq hesabatlar təqdim etdik.
Sərhədçilərimiz üç mikroavtobusun qonşu ölkənin ərazisində olduğunu və oradan pilotsuz təyyarələrin havaya qalxdığını görüblər. Həmin ölkənin sərhədçilərinə məlumat verəndə onların qoşunları hərəkətə keçdi, qarşıdurma zamanı 3 nəfər həlak olub, digərlərini həbs ediblər". Qeyd edək ki, İsrail faktoruna görə, İran rəsmisinin ad çəkmədən Azərbaycanı ittiham etdiyi iddia olunur. Çünki cənub qonşumuzun bənzər iddiaları dəfələrlə gündəmə gətirilib.
Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Sherg.az-a deyib ki, iranlı generalın qeyd etdiyi məsələnin Azərbaycanla əlaqələndirilməsi yeni hal deyil. Siyasi şərhçi vurğulayıb ki, İran generallarının Azərbaycan ərazisindəki camış fermalarında belə "İsrail casuslarını" görməsi adi hal alıb:

"İran sərhədçiləri belə ayıq-sayıqdırsa və bütün sərhədlərə tam nəzarət edirlərsə, o halda Azərbaycan ərazisinə keçən narkotacirləri də yəqin görürlər. Nədənsə, onları yaxalamaq barəsində düşünmürlər. Ancaq hansısa sərhədçinin "gözünə görünənləri" reallıq kimi qəbul edirlər. Sərhəddə insidentin baş verməsi, insanların həlak olması faktı ciddi iddiadır. Azərbaycan dövləti belə bir insident barəsində ictimaiyyətə qapalı şəkildə də olsa məlumat verməyib. Görünən odur ki, İran rəsmiləri yenə mənfur planlar ardınca gedirlər. Xüsusən, İsraildən yeni hücumların gözlənildiyi bir durumda iranlı generalların qorxuya düşdüyü aydın görünür. Ona görə də profilaktik olaraq Azərbaycana xəbərdarlıq etmək istəyirlər ki, belə hala yol verilməsin. Bu kimi iddiaların əsası yoxdur. Dəfələrlə vurğulanıb ki, Azərbaycan öz ərazisindən başqa ölkələrin plastdarm kimi istifadəsinə yol verməyib və verməyəcək. İsrailin İrana hücum etmək üçün daha ciddi rıçaqları mövcuddur. Yaxşı olar ki, İran ilk növbədə öz daxilindən ehtiyat etsin".
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm