Qazaxıstan ölkədə ikinci atom elektrik stansiyasının (AES) tikintisi məsələsi üzrə potensial təchizatçılarla danışıqlar aparır.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 70-ci sessiyasında Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədr müavini Qumar Serqazin bildirib.
"Nüvə proqramının həyata keçirilməsi çərçivəsində birinci AES-in tikintisinə hazırlıq gedir, həmçinin ikinci AES-in tikintisi məsələsi üzrə potensial təchizatçılarla danışıqlar aparılır", - deyə o bildirib.
Serqazinin qeyd etdiyi kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2026-cı ilin aprelində təsdiq edilmiş respublikanın atom sahəsinin 2050-ci ilə qədər inkişaf strategiyası "nüvə proqramının həyata keçirilməsi çərçivəsində energetika, sənaye, elm, təhsil və yüksək texnologiyalı istehsalı birləşdirəcək müasir nüvə klasterinin yaradılmasının əsasıdır".