İnanılmaz İXTİRA: Barmaq jestlərini müəyyənləşdirən bilərzik hazırlandı

Böyük Britaniya, Cənubi Koreya və Yaponiyadan olan mühəndislər qrupu barmaq hərəkətlərini müəyyənləşdirən və onları daxiletmə interfeysi kimi istifadə edə bilən bilərzik hazırlayıb.

Lent.az “ictnews”a istinadla xəbər verir ki, yeni texnologiya “UIST 2019” konfransında təqdim edilib.

Sözügedən bilərzik “ağıllı” saatda mətn, rəqəm və ya başqa simvolların daxil edilməsini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Qurğu barmaq jestlərini tanıyır. Məsələn, istifadəçi barmaqları ilə rəqəmi göstərir, bilərzik isə siqnalları oxuyur və həmin rəqəmi ekranda göstərir.