SOCAR boz qurd mesajı verdi

TANAP-ın Türkiyənin Ərdahan vilayətindəki kompressor stansiyasının ətrafını boz qurdlar özlərinə məskən seçib.

Axar.az xəbər verir ki, bu haqda məlumat SOCAR-ın rəsmi Feysbuk səhifəsində paylaşılıb. Maraqlı görüntü mühafizə kamerasına tuş gəlib.

Paylaşımda türkçülüyün rəmzi hesab olunan, türklərin totemi boz qurdların məhz Azərbaycan və Türkiyənin birgə gücü TANAP-ın ətrafında toplaşmasına vurğu edilib.