30 ildən sonra durnalar geri döndü 

Sakinlər həm seviniblər, həm də təəccübləniblər

    Durnalar 30 ildən sonra Türkiyənin Yüksekova bölgəsinə qayıdıb.
Hakkarinin Yüksekova qəsəbəsinə dönən durnalar vətəndaşları xeyli təəccübləndirib. “Quş cənnəti” kimi tanınan və onlarla quş növünə ev sahibliyi edən Nehil bataqlıqlarında quşlar köç yolu ilə geri gəlməyə başlayıb.  
Durnalar hər il olduğu kimi düzənlikdə sürü halında görünüb.

Nəsli tükənmək təhlükəsi altında olan iri, uzun ayaqlı, qısa quyruqlu quşun 30 ildən sonra Yüksekovada görülməsi həm sevinc, həm də təəccüb doğurub.

İllər sonra ilk dəfə belə şəffaf durnalar gördüyünü ifadə edən yerli sakin Şərafəddin Barut  bunları deyib:
 “Bu il ən böyük sürpriz dəstə-dəstə gələn durnalar oldu. Bu, çox sevindiricidir. 30 ildən sonra dəstə-dəstə Yüksekovaya gəldilər və indi də gözləyirlər. Ən maraqlısı odur ki, bu qədər yaxın olduqları halda insanlardan qaçmırlar”.