Yeni uçan avtomobil sınaqdan keçiriləcək... - FOTO

Fransız ixtiraçı Franki Zapata yeni uçan avtomobilini sınaqdan keçirmək üçün 25 könüllü axtarır.
“Sherg.az” NTV-yə istinadən xəbər veriri ki, 43 yaşlı Zapata havada olduğu kimi quruda da hərəkət edə bilən avtomobil üzərində işlədiyini açıqlayıb. 
O, bildirib ki, “JetRacer” adlanan bu avtomobil bir oturacaqlıdır. Zapata söyləyib ki, təkərləri olmayan “JetRacer” on mikro-turboreaktiv mühərrikdən istifadə edərək şaquli şəkildə qalxıb enə bilir və bu, 3 000 metr hündürlüyə qalxmağa imkan verir. 

O, avtomobilin karbon lifi və titandan hazırlandığını və iki coystiklə idarə olunduğunu vurğulayıb.
Lakin ixtiraçı avtomobilin qiyməti və ictimaiyyətə təqdim olunacağı vaxt ilə bağlı heç bir təfərrüat açıqlamayıb.

 F. Zapata yeni ixtirasının bir gün dağıntılar altından insanları xilas etmək üçün və ya təcili tibbi yardım həkimləri tərəfindən istifadə oluna biləcəyinə ümid edir. Fəqət bu ixtira ilkin olaraq akrobatika şouları və əyləncə üçün istifadə ediləcək.

Zapata könüllülüklə maraqlanan hər kəsin saytı vasitəsi ilə onunla əlaqə saxlamasını xahiş edib.