Türkiyənin ən yaşlı tısbağasının 103 yaşı tamam oldu

Tuki, Cümhuriyyətin  elan edilməsindən 3 il əvvəl doğulub

“Türkiyənin ən yaşlı tısbağası” kimi tanınan və nəsli kəsilməkdə olan növlərdən olan nəhəng Aldabra tısbağası “Tuki”nin doğum günü tədbiri keçirilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Kocaelinin Darıca rayonundakı Faruk Yalçın Zooparkında mühafizə altında olan "Tuki"yə tədbir çərçivəsində meyvə-tərəvəzdən ibarət ad günü hədiyyəsi verilib.

Faruk Yalçın Zooparkının Təlim və Marketinq Meneceri Tuğçe Özgü jurnalistlərə açıqlamasında 103 yaşı tamam olan Tuki üçün sevimli tərəvəz və meyvələrdən sürpriz hazırladıqlarını söylədi.



Tukinin nəsli kəsilməkdə olan bir canlı olduğunu bildirən Özgü, “Bu gün nəhəng tısbağamız Tukinin doğum günü idi. Tukinin ad gününü qonaqlarımız və baxıcı komandamızla qeyd etdik. Şənlik zamanı qonaqlarımıza Tuki haqqında məlumat verdik. Sonra Tukiyə baxıcılarımızın hazırladığı xüsusi ad günü tortunu verdik.

Zooparka gələn ziyarətçilər Tukinin ad günü sürprizinə böyük maraq göstəriblər.

Təxminən 250 il yaşaya bilən nəhəng Aldabra tısbağası Tuki Cümhuriyyətin  elan edilməsindən 3 il əvvəl doğulub.

Türkinin gündə orta hesabla 6-7 kilo göyərti yediyi, qurudulmuş çəmən otu və yoncanı da çox sevdiyi bildirilir.

Turan