Toy hədiyyəsi:40 dəvə, hovuzlu villa…

Nursel Erginin qızı ərəb mənşəli şəxsdən evlənmə təklifi alıb

  “Kanal D”nin sevilən siması, həftəiçi hər gün kanalda yayımlanan “Gəlinim mətbəxdə” yarışma proqramının aparıcısı Nursel Erginin qızı Bengü Çınar ərəb mənşəli şəxsdən evlənmə təklifi alıb. Əhməd Yassinə Zəkəriyya isimli şəxs turizm sektorunda uğurlu iş adamı kimi tanınır. Onlar arasındakı tanışlıq Nursel Erginlə qızı Bengü Fas ölkəsində tətildə olarkən başlayıb. İş adamının Bengüyə evlilik təklifi Nursel Ergini də təəccübləndirib. 

“Şərq” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Nursel Erginlə qızı Fas tətili sırasında Agafay Çölündə safari turuna çıxıblar. Turu təşkil edən şirkətin sahibi Əhməd Zəkəriyya Bengüyə aşiq olub və ona evlilik təklif edib. 

Ölkəsinin adətinə uyğun olaraq Əhməd Zəkəriyya evlənəcəyi xanımın ailəsinə 40 dəvə hədiyyə edəcəyini bildirib. Üstəlik, hovuzlu villa da bağışlayacağını deyib. 

Lakin ərəb iş adamının təklifinə Ergin ailəsindən hələ cavab verilməyib. Qızına evlilik təklifi barədə danışan Nursel Ergin “biz zənn etdik ki, bu, bir zarafatdır. Lakin Əhməd ciddi şəkildə qızımla evlənmək istədiyini dedi. Qızım qəbul etmədi. 

Qəbul etmiş olsaydı, 5 gün ərzində toy hazırlıqlarına başlayacaqdılar.  Amma qızım hazırda evlilik barədə düşünmür. İşinə bağlıdır, çalışır. Nə deyim, onun barəsində ən xeyirlisi olsun”, söyləyib. Bengü Çınar isə “bir qadın əvvəlcə özü “ayaqüstə durmağı” bacarmalıdır. Mən qadının maddi cəhətdən asılı olmasını qəbul etmirəm. Ona görə də çalışıram ki, öz işimi qurum, çalışım. 

  Mənim üçün pul, maddiyyat heç vaxt önəmli olmayıb. Mən sevgiyə önəm verirəm. Hazırda evlilik barədə düşünmürəm, diqqətimi işimə yönəltmişəm”, deyib.