Azərbaycanda 10 ay ərzində neçə körpə küvəzə köçürülüb? - RƏSMİ


Cari ilin 10 ayı ərzində doğum evlərində anadan olmuş azçəkili və ya ağır qüsurlarla doğulmuş körpələrin küvəz daşınması 692 halda icra edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 82 körpənin daşınması aşağıdakı şəhər və rayonların payına düşür:

“Göyçay rayonu üzrə 17, Şirvan 20, Kürdəmir 9, Salyan 11, Sumqayıt 7, Gəncə 3, Bərdə 3, Lənkəran 2, Ucar 2, Balakən 1, Yevlax 1, Quba 1, Qusar 1, Zərdab 1, Tovuz 1, Zaqatala 1, Biləsuvar rayonu üzrə isə 1 körpə daşınması həyata keçirilib”.