Fulya Öztürkün vəziyyəti yaxşılaşıb: "Dua edən dillərinizə qurban olaram" 

Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk səhhətinin yaxşılaşmağa doğru getdiyini açıqlayıb.

Bu barədə aparıcı instaqram səhifəsində məlumat yayıb. Koronavirusa yoluxduqdan sonra halı pisləşən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən aparıcı oradan foto paylaşıb.
"Bu gün daha yaxşıyam, minlərlə mesaj, yüzlərlə zəng gəldi. Allah hamınızdan razı olsun, həqiqətən çox duyğulandım, çox ağladım. Dua edən dillərinizə qurban olaram", - aparıcı qeyd edib.
F.Öztürk bildirib ki, nəfəsini toplayıb "Fox TV"yə canlı müsahibə verəcək.