Tərxunun müalicəvi xüsusiyyətləri - RESEPTLƏR


Qədimdə tərxun ədviyyat kimi deyil, müalicəvi ot kimi istifadə olunurdu. Tərxundan müxtəlif dəmləmələr və məlhəmlər hazırlayırdılar.

- Tərxun sakitləşdirici təsirə malikdir, yuxunu yaxşılaşdırır. Stress, nevroz zamanı 2 xörək qaşığı xırda doğranmış tərxun 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənirlir və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir. Dəmləmənin effektini artırmaq və dadını yaxşılaşdırmaq üçün dəmləməyə bir qədər bal əlavə etmək olar.

- Tərxun iştahanı və mədənin turşuluğunu artırır, həzm prosesləri tənzimləyir, köpü azaldır. Bunun üçün tərxunu qidalara, salatlara əlavə etmək yaxşıdır.

- Tərxun diş və damaqların sağlamlığı üçün çox faydalıdır. Keçmişdə tərxunun köməyi ilə sinqanı (dişlərin tökülməsinə səbəb olan diş əti xəstəliyi) müalicə edirdilər. Damaqların iltihabı, qanaması zamanı gündə 2-3 dəfə ağız boşluğunu tərxun dəmləməsi ilə yaxalamaq lazımdır.

- Diş ağrıları zamanı tərxun çeynəyin. Bu ot ağrı və iltihabı azaldır.

- Ekzema, psoriaz, dermatitlər və s. zamanı tərxundan təbii müalicəvi məlhəm hazırlamaq olar. 3 dəstə tərxun xırda-xırda doğranılır, üzərinə 1 stəkan istənilən bitki yağı əlavə olunur və 10 gün sərin qaranlıq yerdə saxlanılır. 10 gündən sonra məlhəmi süzün və dərininn zədələnmiş hissələrinə çəkin.

- Tərxun qurdqovucu təsirə malikdir. Təzə tərxunu az miqdarda uşaqlara da vermək olar.

- Qədim zamanlarda tərxundan kişilərdə potensiyanı artıran dərmanlar hazırlayırdılar.

- Menstrual ağrılar zamanı tərxun dəmləməsi (2 x.q. xırda doğranmış tərxun + 1 stəkan qaynar su) çox yaxşı kömək edir, ağrıları və spazmı azaldır.

- Yazda avitaminoz zamanı müxtəlif vitaminlər, minerallar və s. faydalı maddələrlə zəngin olan tərxun çox yaxşı umumimöhkəmləndirici təsir edir.

Milli.Az