Alimlərdən xəbərdarlıq: Bu vaksinlər Omikron ştammından qorumur 


Böyük Britaniya alimləri xəbərdarlıq ediblər ki, koronavirus peyvəndlərinin iki dozası Omikron ştammından qorunmaq üçün kifayət deyil.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, ingilis alimlər təhlil zamanı peyvəndlərin bu ştamm üzərində daha az təsirli olduğunu aşkar edib.
Təhlil məhdud məlumatlara əsaslansa da, bildirilib ki, 2 doza “Oxford-AstraZeneca” və “Pfizer” peyvəndi bu variant qarşısında əhəmiyyətli dərəcədə zəiflik göstərib. Çıxış yolu olaraq alimlər üçüncü dozaya ehtiyac olduğunu vurğulayıb. Onların fikrinə görə, 3-cü doza vaksin insanların təxminən 75 faizinin bu ştamma yoluxmasının qarşısını alır. Qeyd edək ki, Omikron ştammının simptomları ilə bağlı hələlik heç bir rəsmi tədqiqat yoxdur. Digər növlərdə öskürək, boğaz ağrısı olurdusa, yeni ştammda əzələ, baş ağrısı və qızdırma özünü daha çox göstərir. Azərbaycanda isə hələ bu ştamma yolxma halı qeydə alınmayıb.

Çimnaz ŞAHLAR