Azərbaycanda həkim koronavirusdan vəfat etdi

Sumqayıtda həkim koronavirusdan dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bununla bağlı həmkarları sosial şəbəkədə paylaşım edib.
Sumqayıt şəhərində çalışan həkim-stomatoloq 48 yaşlı Rauf Rüstəmov bir müddət əvvəl koronavirusa yoluxub.
Həkimlərin bütün səylərinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib. 
İlkin məlumatlara görə, onun həyat yoldaşı da koronavirusa yoluxub.