Yeni yayılan virusun adı necə yazılır? - AMEA-dan AÇIQLAMA

Meymunçiçəyi sözünün düzgün yazılış forması müəyyənləşib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutundan bildirilib.
Qeyd olunub ki, yoluxucu virus olan meymunçiçəyi sözü dırnaqsız və bitişik yazılır.
Bildirilib ki, buna misal kimi, tibbi termin olaraq suçiçəyi sözü də həmişə bitişik yazılıb.