Çexiyada meymunçiçəyinə yoluxan ilk şəxs ölüb

Çexiyada meymun çiçəyi diaqnozu qoyulan ilk xəstə ölüb.
Ölkənin Səhiyyə Nazirliyinin məlumata görə, xəstə İspaniyada tətildə olarkən yoluxub.
Onun bir sıra başqa xəstəlikləri də, o cümlədən HİV və pnevmoniyası da olub.
Xatırladaq ki, Çexiya meymunçiçəyi xəstəsinin ölümünün qeydə alındığı üçüncü Avropa ölkəsidir. Rəsmi məlumatlara görə, indiyədək ölkədə 55 yoluxma halı qeydə alınıb.

Mənbə: life.ru