Azərbaycanda son sutka: 140 yoluxan, 4 ölən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 820 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 933 nəfər müalicə olunaraq sağalıb, 9 907 nəfər vəfat edib, aktiv xəstə sayı 1 158 nəfərdir.
Ölkədə son sutka ərzində 3 320, hazırkı dövrədək isə 7 242 057 test aparılıb.