Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxub - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 821 661 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 810 929 nəfər müalicə olunaraq sağalıb, 9 919 nəfər vəfat edib, aktiv xəstə sayı 813 nəfərdir.
Ölkədə son sutka ərzində 1 580, hazırkı dövrədək isə 7 256 426 test aparılıb.