Türkiyədə 50 tibb işçisi dönərdən zəhərləndi

Türkiyədə  50 nəfər xəstəxana işçisi zəhərlənib.

"Medicina" xəbər verir ki, Qaziosmanpaşa Universiteti Xəstəxanasında kütləvi zəhərlənmə olub.

50 xəstəxana işçisi yeməkxanada naharda ət dönəri və düyü yeyib, ayran içib.

Az sonra ürəkbulanma və qusma yaşayan işçilər xəstəxananın təcili yardım şöbəsinə müraciət ediblər. Onların yarısının vəziyyəti orta ağırdır.