Təzə kartof xərçəngdən qoruyur 

Təzə çıxmış kartof güclü antioksidant təsirlidir, orqanizmi erkən yaşlanmadan qoruyur.

"Medicina" xəbər verir ki, təzə kartof yetişdiyi dövrdən 2 həftə sonra yığılan kartod sayılır.
Onun qabığı hətta əllə sıxanda soyulmalıdır.

Bu kartof gec yığılan kartofdan 2 qat daha faydalıdır.

Təzə kartofda A, B, C, E, K vitaminləri, kalsium, kaliy, maqniy var.

O,hüceyrələrin qocalmasının qarşısını alır, damarları qoruyur, hətta şişlərin yaranmasına qarşıdır.

Təzə kartofun zülalı ən zəngin zülaldır, onda 20 aminturşusu var.
100 qram təzə kartof sutkalıq C vitamini normasını verir.

"Ürək-damar, xərçəng xəstələri və yaşlı insanlara təzə kartof yemək vacibdir.
Onlar bu kartofu suda bişirib duzsuz yeməlidir.

Bu kartofda nişasta az olduğu üçün şəkəri qaldırmır, həzm sisteminə yaxşı təsir edir.
Hətta təzə kartof insanı arıqladır".