Ana südündə ilk dəfə mikroplastik tapıldı: Alimlərdən xəbərdarlıq

İtalya alimləri ilk dəfə ana südündə mikroplastiklər olduğunu aşkarlayıblar. Tədqiqatçılar bu maddələrin körpələrin sağlamlığına potensial təsirlərindən ciddi narahat olduqlarını bildiriblər və analara qablaşdırılmış qidalardan və müxtəlif kosmetik vasitələrdən uzaq durmağı tövsiyə ediblər. 


 
Alimlər vurğulayıblar ki, körpələr kimyəvi maddələrə xüsusilə həssasdırlar, lakin ana südü hələ də körpəni qidalandırmaq üçün ən yaxşı vasitə  olaraq qalır. 


İtaliyanın paytaxtı Romada doğuşdan bir həftə sonra 34 sağlam anadan ana südü nümunələri alınıb. Onların 75 faizində mikroplastiklər aşkar edilib.

Əvvəlki araşdırmalar mikroplastiklərin insan hüceyrələrinə və dəniz həyatına toksik təsirini göstərmişdi, lakin canlı insanlara təsiri məlum deyildi. Plastiklər çox vaxt əvvəllər ana südündə olan ftalatlar kimi zərərli kimyəvi maddələr ehtiva edir. 


 
Alimlər qeyd ediblər ki, analar plastik qablaşdırılmış qida və içkilər qəbul edib, dəniz məhsulları yeyib, həmçinin tərkibində plastik olan şəxsi gigiyena vasitələrindən istifadə ediblər.

Araşdırmanın müəlliflərindən biri, Marche Politexnik Universitetindən professor Valentina Notarstefano deyir: “Hamiləlik və ana südü zamanı mikroplastiklərə məruz qalmanın azaldılması yollarını nəzərdən keçirmək çox vacib olacaq. Bununla belə, ana südü ilə qidalandırmanın üstünlüklərinin çirkləndirici mikroplastiklərin mövcudluğundan qaynaqlanan mənfi cəhətlərdən qat-qat üstün olduğunu söyləmək vacibdir.

Tədqiqatımız və oxşar tədqiqatlar uşaqların ana südü ilə qidalanmasını azaltmamalıdır. Əvəzində, plastik çirklənməni azaldan qanunları təşviq etmək üçün siyasətçilərə təzyiq göstərmək üçün ictimai məlumatlılığı artırmalıdır."

Digər son araşdırmalar butulka ilə qidalanan körpələrin gündə milyonlarla mikroplastik qəbul etdiyini və inək südünün mikroplastik ola biləcəyini müəyyən edib.

Digər tərəfdən, ətraf mühitə böyük miqdarda plastik tullantılar atılır və mikroplastiklər Everest zirvəsindən tutmuş ən dərin okeanlara qədər bütün planeti çirkləndirir. İnsanlar kiçik hissəcikləri qida və içki və ya inhalyasiya yolu ilə istehlak edirlər. Bunu əvvəllər körpə və böyüklərin nəcisində tapılan mikroplastiklər sübut edir.

"Polymers" jurnalında dərc olunan  araşdırmada qeyd olunur ki,  ana südündə, qablaşdırmada olan polietilen, PVC və polipropilendən ibarət mikroplastikləri tapdı.

Professor bunları məsləhət görür: "Hamilə qadınlara plastik qablaşdırılan yemək və içkilərdən, tərkibində mikroplastik olan kosmetika və diş pastalarından, sintetik parçalardan hazırlanmış geyimlərdən çəkinmək üçün daha diqqətli olmalarını tövsiyə edirik".

Turan