Ömər Çəlik: “Təcili yardım təyyarəsi ilə Türkiyəyə qayıdacağıq”

Türkyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çəlik Azərbaycanda yol qəzası keçirən türkiyəli siyasətçilərin səhhəti barədə məlumat verib.
Bu barədə “Twitter” hesabında yazan Çəlik bildirib:
“Şəfa diləyən hər kəsə təşəkkür edirəm. Sədr müavinimiz cənab Binəli Yıldırımın, İstanbul millət vəkilimiz Şamil Ayrımın və mühafizəçi Oğuzxanın vəziyyəti yaxşıdır. Təcili yardım təyyarəsi ilə Türkiyəyə qayıdacağıq”.