Avropa ilk və yeganə  süni ürək cərrahı olan türk qadından danışır

Türkiyənin  Ordu bölgəsindən   Almaniyaya mühacirət etmiş türk qadın  böyük uğurlara imza atıb. Avropada süni ürək cərrahiyyəsi üzrə ilk və yeganə qadın həkim olan Dilek Gürsoy Amerikanın məşhur jurnalı   - "Forbes"in üz qabığında yer alacaq.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, tibb sahəsində uğurlu araşdırmaları ilə məşhurlaşan və Avropada tam süni ürək transplantasiyası həyata keçirən ilk qadın ürək cərrahı  Dr. Dilek Gürsoy   “Forbes” jurnalının 3 noyabrda nəşr olunacaq üz qabığında yer alacaq.

12 ildir süni ürək sahəsində çalışdığını və belə bir jurnalın üz qabığında olmaqdan qürur duyduğunu bildirən Gürsoy, “Jurnalda Almaniyada quracağımız ürək xəstəxanası haqqında məlumat verdim. Süni ürək araşdırmaları haqqında danışdım. Son işlərlə əlaqədar məlumatı verdim" deyə bildirib.

Ürək çatışmazlığının böyük problem olduğu dövrdə donor orqan  qıtlığına diqqət çəkən Gürsoy bunları deyib:“Ona görə də tam süni ürək araşdırmalarına əhəmiyyət verilməli və daha çox büdcə ayrılmalıdır. Həm insanlar, həm də heyvanlarla bağlı çoxlu təcrübə aparmışam. Süni ürək xüsusilə qadınlarda böyük əhəmiyyət kəsb edir".

Almaniyaya köçən Ordulu  fəhlə ailəsində dünyaya gələn Dr. Dilek Gürsoy uğurlu əməliyyatları ilə Avropada axtarılan azsaylı həkimlərdən biridir.

Avropada süni ürək cərrahiyyəsi üzrə ilk və yeganə qadın həkim olaraq Dr. Gürsoyun Almaniya ilə yanaşı Hindistan və Türkiyədə də mühüm ürək əməliyyatlarında iştirak etdiyi məlumdur.

2019-cu ildə Almaniyanın ən nüfuzlu mükafatlarından biri olan "Victress Avard" və Alman Tibb Mükafatına layiq görülməklə yanaşı, Gürsoy  İlin Həkimi adına da layiq görülübi. Gürsoy hazırda Düsseldorfdakı "Bel Etage" klinikasının baş həkimidir.

Turan