Keçəllik tarix olur: Alimlər saçın 23 gündə 3 millimetrə çatdığını açıqlayıb

Yaponiyanın Yokohama Milli Universitetinin alimləri laboratoriyada siçanlardan götürülmüş embrion dəri hüceyrələrindən istifadə edərək saç follikullarını inkişaf etdirə biliblər. Elm adamları saç follikullarının epiteliya və mezenximal iki hüceyrə tipini idarə edərək inkişaf etdirildiyini açıqladılar.

Epitel hüceyrələri bədəndə, dəridə, damarlarda və orqanlarda olur. Mezenximal hüceyrələr sümük iliyində olur və skelet toxumalarının sağalması üçün kritik əhəmiyyətə malik olduğu bilinir. Alimlər onu da vurğuladılar ki, uğurlu olarsa insanların başlarına yenidən tük yetişdirilə bilər.

Araşdırmanı aparan Yokohama Milli Universitetinin dosenti Tatsuto Kageyama, kök hüceyrənin siçana köçürülməsindən qısa müddət sonra çoxlu sayda tük folikülünün əmələ gəldiyinə diqqət çəkib. Kageyama bu transplantasiyanın 100 faiz effektiv olduğunu bildirib. Alimlər saçın 23 gündə 3 millimetrə çatdığını açıqlayıb.