6 yeni yoluxma faktı qeydə alınıb, ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb, ölən yoxdur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az -a verilən məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 823 539 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 302 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.

Ölkədə son sutka ərzində 598 , hazırkı dövrədək isə 7 333 740 test aparılıb.