Rusiyada koronavirusa qarşı dərman qeydiyyata alındı

Rusiyada koronavirusa qarşı monoklonal anticisim əsaslı dərman qeydiyyata alınıb.
Bu barədə dərmanın aid olduğu “AstraZeneca” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Rusiyanın Səhiyyə Nazirliyi yüngül və orta dərəcəli COVID-19-un profilaktikası və müalicəsi üçün “AstraZeneca” tərəfindən istehsal olunan, uzunmüddətli təsirə malik monoklonal anticisim əsaslı dərmanı təsdiqləyib”, - deyə məlumatda qeyd edilir.
Mənbə: TASS