Fazil Mustafa palatada gəzişir? – Son durumu açıqlandı!


"Böyük Qutuluş Pariyasının başqanı, millət vəkili Fazil Mustafanın müalicəsi tibb müəssisəsində davam edir". 

Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Fazil Mustafanın köməkçisi Əjdər Əliyev deyib. 

Ə.Əliyev bildirib ki, Fazil Mustafa ilə telefon əlaqəsi saxlayıb: 

"Müalicəsi ilə məşğul olan həkimlərdən də aldığımız məlumata əsasən millət vəkilinin ümumi vəziyyəti yaxşıdır. Sağalma prosesi aldığı yaralara müvafiq olaraq normal səviyyədə davam edir. Ayağındakı yara yaxşıladığından yerləşdiyi palatada gəzişir və normal qaydada qida qəbul edir. Müalicəsi tamamlandıqdan sonra yəqin ki, inşallah yaxın vaxtlarda xəstəxanadan evə buraxılacaq. Əlbəttə ki, bu qərarı Fazil bəyin müalicəsi ilə məşğul olan həkimlər verəcək".