TƏBİB: "Əhali tam olaraq koronavirus əleyhinə vaksinasiya olunub"

Azərbaycan əhalisi tam olaraq koronavirus əleyhinə vaksinasiya olunub.

Bunu "Report"un sualını cavablandıran Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib.

"Hazırda ehtiyac olan kateqoriyadan olan şəxslər müraciət etdikdə peyvənd olunurlar. Müvafiq tibb müəssisələrində vaksinasiya prosesi bu gün də davam edir. Peyvəndlərlə bağlı bu gün hər hansı sıxıntı yoxdur", - deyə o qeyd edib.